Fransanın qanla yazılan tarixi: Hugenotlar kimlər idi? - FOTOLAR


Fransada Hugenotlar kimlərdir, kim olublar? Protestant dini hərəkatının nümayəndələrini ilk dəfa Fransada belə adlandırıblar. Yeni din yarananda hər ölkədə ardıcıllar özlərini fərqli adla tanıdırdılar.


AFN.az xarici mediadan götürdüyü materiallara istinadən xəbər verir ki, Hugenot adının etimologiyası katoliklərin protestantlara hörmətsiz ləqəbindən - Hüqodan qaynaqlanır. Fransız krallığının ərazisində yaşayan isveçrəliləri yerli sakinlər belə adlandırırdılar. Zamanla bu ad başqa dinə etiqad edən fransızların özlərinə yapışdı. Katolik kilsəsinə açıq şəkildə qarşı çıxmaqdan qorxmayan və yaratdığı 95 tezisi kafedralın qapılarına yerləşdirən ilk protestant, rahib Martin Lüterin adının şərəfinə yeni cərəyanın ardıcılları lüteranlar adlandırıldı. Lüter bu vərəqlərdə katolik ruhaniləri və bütün kilsə iyerarxiyasının pisləyirdi. Dinə bu cür inqilabi yanaşma katolik keşişlərini hiddətləndirməyə bilməzdi. Kilsə dərhal Lüteri məhkəməyə verdi, rahibi fikrini dəyişməyə məcbur etdi. Lakin artıq çox gec idi – yeni doktrina tez bir zamanda bütün Almaniyaya, daha sonra onun hüdudlarından kənara yayıldı və Lüteri təkcə adi vətəndaşlar deyil, həm də hökmdarlar dəstəklədi.
Dövlətin katolik kilsəsindən ayrılmasının ən parlaq nümunəsi ingilis kralı VIII Henrixin sevdiyi Anna Boleynlə evlənməsidir. O, Araqonlu İspan şahzadəsi Yekaterina ilə evli idi, lakin boşanmaq istəyirdi. Papa isə bu boşanmaya qarşı çıxdı, buna razı olmadı. Buna görə də İngiltərə tez bir zamanda katolik ölkələrindən çıxdı və protestantlığın bir qolu olan yeni bir din yaratdı – Anqlikanizm. Lüterin ardıcılları da ölkələrə papanın təsir zonasından çıxmasına kömək etməyə çalışırdılar. Onlardan biri Con Kalvindir ki, o da adını protestantlığın başqa bir qoluna - Kalvinizmə vermişdi. Fransada xristian olmayanların hamısına Kalvinistlər, yəni Hugenotlar deyilirdi. İlk Hugenot kilsəsi 1555-ci ildə fərdi evdə qurulmuşdu. Və 1560-cı ildə fransız protestantları özlərini Hugenotlar adlandırmağa başladılar. Əvvəlcə kral protestantlara qarşı dözümlü idi - onların çoxu görkəmli tacirlər, əsgərlər, hətta aristokratlar idi. 1562-ci ilə qədər təxminən 2000 kilsə və təxminən 2 milyon Hugenot var idi. Kral ailəsinə yaxın olan bir çox aristokratlar bu vəziyyətə dözmək istəmirdilər. Fransızların şuarı bu idi - Fransa yalnız katolik olmalıdır. Guise hersoqu 1 mart 1562-ci ildə Vassi kommunasında evin zirzəmilərindən birində ilahi xidmət edən bir qrup Hugenota hücum etdi. Onların çoxu öldürüldü. Kral Çarlz hücum əmrini vermədiyinə görə özünə haqq qazandırmağa tələsdi. Lakin Hugenotların nifrət çarxı artıq qarşısıalınmaz idi. Katoliklərlə protestantlar arasında dini müharibə başladı. Müxtəlif dərəcədə müvəffəqiyyətlə davam edən qara onillik müharibələr başladı.

Müharibələr və Müqəddəs Varfolomey Gecəsi

Bir il sonra, 1563-cü ildə müvəqqəti sülh yarandı, Amboise Fərmanı imzalandı, buna görə Hugenotlar yenidən azad din fürsəti qazandılar. Ancaq kraliça Ketrin de Medici öz fərmanı ilə bütün azadlıqları ləğv etdi. Parisdə və digər şəhərlərdə insanları Huqenotlarla münaqişəyə təhrik edirdilər. Onların bir çoxu protestantların qalasına çevrilən La Roşel şəhərinə qaçdı. Bu dövrdə İngiltərə kraliçası I Yelizaveta onlara böyük köməklik göstərdi. Qalibiyyət bayrağı dönə-dönə bir əldən digər əllərə keçdi. Ketrin de Medici düşmənin etimadını qazanmaq qərarına gəldi və qızı Marqaritanın Navarranın protestant şahzadəsi Henri ilə toyunu təşkil etdi. Nəhayət, Fransada təxminən onillik döyüşlərdən sonra sülh bərqərar oldu. 1572-ci il 23 avqustda, axşamtərəfi Kralın bacısının toyunda iştirak etmək üçün Parisə çoxlu sayda qonaqlar toplaşmışdılar. Onların arasında Fransanın katolik kilsəsinə qarşı çıxan protestant zadəganlar, dini rəhbərlər də var idi. Əksəriyyət öz ailəsi və uşaqları ilə təşrif buyurmuşdu. Gecə ikən şəhər qapıları bağlanır, kral ordusu silahlandırılır. Əvvəlcədən protestantlar olan evlərin qapılarına təbaşiriə ağ xaç işarəsi çəkilir; Gecə saat üçə yaxın vurulan kilsə zənginin sədaları protestantların üzərinə hücum üçün işarə olur. Onlar yataqlarında öldürülür. İki həftə ərzində Parisdə başlanan qırğın Fransanın digər əyalətlərini də əhatə edərək minlərlə dinc əhalinin- kişi, qadın və uşaqların öldürülməsi ilə nəticələnir. İlk qurbanlardan biri, Henry de Guisein nəzarəti altında öldürülən Coligny idi. Luvrda da Navarrenin qulluqçuları öldürüldü, lakin Navarre özü, Henry de Bourbon və 2-ci şahzadə de Conde xilas oldular. Hugenotların evləri və mağazaları talan edildi və sakinlər vəhşicəsinə öldürüldü, bir çox cəsəd Sena çayına atıldı. 25 avqustda ölümlərin dayandırılması üçün verilən krallıq əmrinə baxmayaraq, qırğınlar Parisdə davam etdi və əyalətlərə yayıldı. Ruen, Lyon, Bourges, Orleans və Bordo şəhərlərindəki hugenotlar qurbanlar arasında idi. Oktyabrın əvvəlinə qədər davam edən iğtişaşlarda həlak olanların sayı, bir Roma Katolik üzrxahına görə 2000, özü də ölümdən çətinliklə canını qurtaran Maximilien de Bethune görə 70.000-ə çatırdı. Müasir yazarlar təkcə Parisdə bu rəqəmin 3000 olduğunu bildirirlər...
Tarixdə dini zəmində baş verən bu hadisə "Varfolomey gecəsi" adı alaraq Fransanın tarixində silinməz bir ləkəyə çevrildi. Lakin bu qanlı qırğınlar Fransanın tarixində son cinayət olmadı. Əsrlər boyu Afrikanın 20-dən çox ölkəsində müstəmləkə siyasəti həyata keçirən Fransa İkinci Dünya Müharibəsindən sonra bu ölkələrə müstəqillik vermək məcburiyyətində qaldı. 132 il Əlcəzairi sömürən Fransa burada ən qəddar müstəmləkə siyasətini həyata keçirdi. 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzair Fransanın müstəmləkəsi olub. 1954-62 ci illəri əhatə edən 8 illik azadlıq mübarizəsi nəticəsində Əlcəzair müstəqillik əldə etsə də, 1,5 milyon nəfər fransızlar tərəfindən öldürülüb, 100 minlərlə insan yaralanıb.
6 aprel 1994-cü ildə Ruanda prezidenti Juvenelya Xabiarimana və Brundi prezidenti Siprien Ntaryamiranın içində olduğu təyyarə Ruanda paytaxtı Kiqali yaxınında vurulandan sonra təxminən 100 gün davam edən Ruanda soyqırımı başlayıb. Adı nə qədər daxili azadlıq müharibəsi olsa da, Fransanın müdaxiləsindən bütün dunya xəbər tutdu. Belə ki, təhlükəsiz zona yaratmaq adı altında hərbi əməliyyat 800 min nəfər yerli tutsi qəbiləsindən insanın həlak olmasına səbəb oldu.

















N.NƏRİMAN



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu