Sülhməramlı kontingentin rəhbərindən toponim AÇIQLAMASI
"Biz bütün toponimləri dəstəkləyirik. Yer adlarını olduğu kimi yazırıq".
Bunu Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları kontingentinin komandanı general-mayor Andrey Volkov deyib.
Musavat.com xəbər verir ki, komandan Azərbaycan tərəfi ilə yazışmalarda toponimlərin lazımi qaydada yazıldığını bildirib:
"Rusiya Müdafiə Nazirliyinin saytında başqa cür yazılır. Sülhməramlılar isə düz yazır. Sənədlərimizi yoxlaya bilərsiniz".