Hikmət Hacıyev: “Ermənistan illərdir ətraf mühitə ziyan vurur”
"Ermənistan işğal illərində Azərbaycan ərazisində mədəniyyət abidələrini dağıdıb, sərvətlərimizdən istifadə edib və ətraf mühitə ziyan vurub".
AFN.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşdə deyib.
O, diplomatik nümayəndəliklərin rəhbərlərini Şuşa-Xankəndi yolundakı son vəziyyətlə bağlı məlumatlandırıb.