Çexiya Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb


Çexiya 1932-1933-cü illərdə baş verən Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyıb.


AFN.az UNİAN-a istinadən bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Çexiya Senatının 1932-1933-cü illərin Qolodomorunu ukraynalıların soyqırımı kimi tanıdğını açıqlayıb: "Mən Çexiya senatının Qolodomorun ukraynalıların soyqırımı kimi tanınması barədə qərarını alqışlayıram. Mən həqiqəti təsdiqlədikləri və tarixi ədaləti bərpa etdikləri üçün çex dostlarıma minnətdaram".
Xatırladaq ki, 1932-1933-cü illərdə Ukraynada baş vermiş Qolodomor 23 dövlət tərəfindən rəsmi olaraq Ukrayna xalqının soyqırımı kimi tanınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu