Xorvatiya parlamenti Ukraynadakı Qolodomoru soyqırım kimi tanıyıb

Xorvatiya parlamenti 1932-1933-cü illərdə Ukraynada baş verən aclığın Ukrayna xalqının soyqırımı kimi tanınması barədə qərar qəbul edib.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Qordan Yandrokoviç deyib.
Qərar parlamentdə yekdilliklə qəbul edilib - 129 səs.
Sənəd Qolodomorun düşünülmüş şəkildə təşkilinə görə məsuliyyəti Sovet rəhbərliyinin üzərinə qoyur. Layihə parlamentə ölkənin baş nazirinin “Xorvatiya Demokratik Birliyi” partiyasının rəhbərlik etdiyi hakim çoxluq tərəfindən təqdim edilib.