İtaliya Qolodomoru ukraynalıların soyqırımı kimi tanıyacaq


İtaliya parlamenti 1932-1933-cü illərdə baş vermiş Qolodomoru Ukrayna xalqının soyqırımı kimi tanımağa hazırlaşır.


AFN.az Ukrayna mediasına istinadən xəbər verir ki, müvafiq qərar layihəsinə parlamentdə baxılması planlaşdırılır.

Bu haqda İtaliyanın Baş naziri Corci Meloni ilə birgə keçirdiyi brifinqdə açıqlama verən Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Qolodomorun ukraynalıların soyqırımı kimi tanınması əhəmiyyətli məsələdir. "Faciənin bu il 90-cı ildönümü olacaq. Belə bir vaxtda Qolodomorun soyqırımı kimi tanınması bizim üçün çox vacibdir. Xanım Baş nazir mənə bildirdi ki, İtaliya parlamentinin Xarici Əlaqələr Komitəsi bu mühüm qərara səs verib və biz müvafiq qətnamənin yaxın gələcəkdə İtaliya Parlamenti tərəfindən dəstəklənəcəyini gözləyirik”, - deyə Ukrayna prezidenti vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu