XİN Kəlbəcərdəki mina partlaması barədə: "Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!"

“Bu gün Kəlbəcərdə Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində bildirilib.
“Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”, - tvitdə bildirilib.