Şəhid olmuş hərbi qulluqçunun adı açıqlanıb - FOTO


Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşərək şəhid olan hərbçi gizir Hümbətov Zöhrab Məmməd oğludur.


Şəhid hərbçi Tovuz rayonundandır.

Onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.

O, 10 ildən çox idi hərbçi idi. Şəhidin 3 övladı var.

Onun sabah dəfn olunacağı bildirilir.

Eyni zamanda, Müdafiə Nazirliyi şəhidin adını açıqlayaraq onun yaxınlarına başsağlığı verib:

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu