Minaya düşərək şəhid olan hərbçi ilə vida mərasimi...


Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minanın partlaması nəticəsində şəhid olan gizir Zöhrab Hümbətovla vida mərasimi başa çatıb.


AFN.az Qərb bürosunun məlumatına görə, Tovuz rayonunun Aşağı Quşçu kəndində, şəhidin ailəsinin yaşadığı evin qarşısında keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak edirlər.

Z.Hümbətovun üçrəngli Azərbaycan bayrağına bükülən tabutu böyük qurur və ehtiramla dəfn edilmək üçün Aşağı Quşçu kənd qəbiristanlığına aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu