Saakaşviliyə həbsdə xərclənən məbləğ açıqlandı
“Dövlət bir il ərzində Gürcüstanın məhbus eks-prezidenti Mixail Saakaşviliyə 200 minə yaxın lari (128 309 AZN-ə yaxın -red.) xərcləyib ki, bu da digər məhbusların hər birinə xərclənən məbləğdən 12 dəfə çoxdur”.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.
“Gürcüstanda məhkumun saxlanması tamamilə dövlətin üzərinə düşür, dövlət büdcəsindən yalnız məhbusun həbsdə saxlanılması maliyyələşdirilmir, həm də onun müalicəsi xəstəliyin müddəti və ağırlığından asılı olmayaraq tam ödənilir”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, bir məhbusun saxlanmasına təxminən 17,4 min lari (11 163 AZN) xərclənir.
Qeyd edək ki, Saakaşvili 1 oktyabr 2021-ci ildən həbsdədir. O, bu müddət ərzində cəmi 170 gün həbsxanada yatıb. Gürcüstanın eks-prezidenti aclıq aksiyasına və onun nəticələrinə görə bütün vaxtını müxtəlif klinikalarda keçirib. Sonuncu dəfə 12 may 2022-ci ildə xəstəxanaya yerləşdirilib və bu günə qədər oradadır.