Ukraynalı deputat Saakaşvilidən uşaq dünyaya gətirdiyini açıqlayıb
Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilidən övladı olduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, Yasko sosial şəbəkələrdə uşağın atasının "Ukraynalı davamıçısı" arzusunda olduğunu, buna görə də övlad sahibi olmaq istədiyini və "Ukrayna vətəndaşı pasportu ilə fəxr etdiyini" yazıb.
2020-ci ilin payızında media Yasko-nun Saakaşvili ilə romantikası barədə məlumat vermişdi. Onlar münasibətlərini uzun müddət gizlədə biliblər. Lakin bir il sonra, 2021-ci ildə Saakaşvili Tbilisidə saxlanıldıqdan sonra onun sosial şəbəkələrində Yaskoya sevgi elanı yayılıb. Belə ki, cütlük münasibətlərini ictimaiyyətə açıqlayıb.
Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Eks-prezident bir sıra cinayət işlərində, o cümlədən bankir Sandro Qirqvlianinin qətlində və deputat Valeri Gelaşvilinin döyülməsində, müxalifətin mitinqinin dağıdılmasında və büdcə vəsaitlərinin mənimsənilməsində iştirakda ittiham edilib.
Saakaşvili həbsdə bir neçə dəfə aclıq aksiyası keçirib və 58 kiloqram arıqlayıb. Vəkillərinin dediyinə görə, eks-prezidentdə bir neçə ağır xəstəlik, o cümlədən demensiya və vərəm diaqnozu qoyulub. Aprel ayında “Politico” üçün yazdığı məqalədə Saakaşvili özü həbsdə olduğu müddətdə səhhətinin kəskin şəkildə pisləşdiyini və “ölmək üzrə olduğunu” bildirmişdi.