Türkiyənin tanınmış aktyorları BDU-da tələbələrlə görüşüb - FOTOLAR


Dekabrın 17-dən 21-dək Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Bakıdakı Yunis Əmrə İnstitutu və Türkiyənin Yerli Düşüncə Dərnəyinin birgə təşkilatçılığı ilə Türk Filmləri Həftəsi keçirilir.
Layihə çərçivəsində Türkiyənin tanınmış kino aktyorları Umut Karadağ və İpek Tuzcuoğlu Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüblər.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov çıxışında Türkiyə və Azərbaycan dostluğunun, qardaşlığının hazırda ən yüksək mərhələdə olduğunu qeyd edib. Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın davamı olaraq Bakıda qardaş ölkənin tanınmış aktyorlarının iştirakı ilə növbəti Türk Filmləri Həftəsi keçirilir. Ramin Səmədov görüşdə iştirak edən aktyorlara təşəkkür edib, onlara yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
Yunus Əmrə İnstitutunun nümayəndəsi Hüseyn Mənsurov tədbir iştirakçılarına təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, BDU ilə əməkdaşlıq əlaqələrinə diqqət çəkib, Türkiyənin istehsalı olan ekran əsərlərinin Azərbaycan tamaşaçıları tərəfindən həmişə böyük maraq və sevgi ilə qarşılandığını deyib.
Daha sonra Umut Karadağ və İpek Tuzcuoğlu Türkiyədə kino sənayesinin inkişaf perspektivləri, potensial imkanları və problemləri barədə danışıb, tələbələrin çoxsaylı suallarını cavablandırıblar.
Qeyd edək ki, Türk Filmləri Həftəsi çərçivəsində qardaş ölkənin kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin Nizami Kino Mərkəzində nümayişi, kinorejissor Semih Kaplanoğlunun iştirakı ilə azərbaycanlı kinosevərlər üçün ustad dərsinin təşkili nəzərdə tutulub.












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu