Rusiyada magistral qaz kəmərində güclü partlayış- VİDEO


Rusiyanın Çuvaşiya Respublikasında Urenqoy – Pomarı – Ujqorod magistral qaz kəmərində partlayış baş verib.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, partlayış Çuvaşiyada Kalinino və Yambaxtino kəndləri arasında qaz kəmərində qeydə alınıb.

İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub.
Bildirilir ki, xəsarət alan olmayıb.

Qeyd edək ki, Urenqoy – Pomarı – Ujqorod qaz kəməri 1980-ci illərin əvvəlində inşa edilib. Bu kəmər vasitəsilə Qərbi Sibirdən Avropaya qaz nəql edilir. Kəmər Kursk vilayətində Rusiya-Ukrayna sərhədini keçir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu