Rüştü Reçber TFF-dəki vəzifəsindən istefa verdi


Rüştü Reçber Türkiyə Futbol Federasiyasında TFF-UEFA futbol inkişafı koordinatorluğu vəzifəsindən istefa verdiyini açıqlayıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, dünəndən etibarən Türkiyə Futbol Federasiyasındakı TFF-UEFA futbol inkişafı koordinatorluğu vəzifəsindən ayrıldığını bildirib. "Son 1 ildə orada nə işlə məşğul olduğumu bilmirdim. Heç bir missiya yox idi. Ayrılmaq barədə pis düşünmürəm. TFF-də bacardığım qədər xidmət etməyə çalışdım. Xidmət edə bilməyəcəyimizi gördüyümüz zamanlar olur" - deyə qərarını şərh edərkən bildirib.
Dünya çempionatı ilə bağlı fikirlərini açıqlayan sabiq milli qapıçı "mənim favorim Braziliya idi. Messi mənim köhnə komanda yoldaşımdı. Mən "Barselona"da oynayanda o, komandaya yeni qoşulmuşdu. Kolleksiyasını dünya kubokunu qazanaraq tamamladı" - deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu