Türkiyə Futbol Federasiyasının prezidenti istefa verdi

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir istefa verib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, buna səbəb isə N.Özdemirin bir neçə gün öncə hakimlərlə bağlı verdiyi qərardır.
Qeyd edək ki, bir neçə gün öncə TFF təcrübəli hakimlərin lisenziyalarına xitam vermişdi.