ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi


ABŞ Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı yeni sanksiyaların siyahısını açıqlayıb, bu siyahıya on Rusiya şirkəti və dəniz texnologiyaları sektoru ilə bağlı tədqiqat institutu daxildir.


AFN.az-ın məlumatına görə, ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsinin rəsmi bəyanatında deyilir. Siyahıya, xüsusilə, “Morinformsystem-Agat Concern” SC, Prometey Kurçatov adına Konstruktiv Materiallar İnstitutu, “Rigel Battery” şirkəti, Mərkəzi Tədqiqat Gəmiçilik Mühəndisliyi İnstitutu, “Avrora” Konserni, Elektropribor Elmi-Tədqiqat İnstitutu və digər qurumlar daxildir.
ABŞ dövlət katibi Entoni Blinkendə Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı açıqlama verib.
“Rusiya dəniz qüvvələrinin Ukrayna limanlarına, o cümlədən dünyanı ərzaq və taxılla təmin edən limanlarına qarşı əməliyyatlarından sonra ABŞ indi Rusiya hərbi dəniz təşkilatlarına qarşı sanksiyalar tətbiq edir”-Dövlət katibi belə deyib.
O, Rusiyanın Ukraynaya hücumlarının qarşısını almaq üçün ABŞ-ın bütün müvafiq vasitələrdən istifadə etməyə davam edəcəyini vurğulayıb.“Bu məsuliyyət tədbirləri sadə bir mesajı əks etdirir:"Kreml Ukraynaya qarşı amansız kampaniyasını dayandırmalıdır”-deyə Blinken bəyan edib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu