ABŞ qondarma rejimə vəsait ayırır

ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komissiyasının həmsədri Frenk Palone özünün Twitter mikrobloqunda bildirib ki, ABŞ Konqresi federal xərclər qanun layihəsini ratifikasiya edib.
Layihəyə əsasən Ermənistana 60 milyon dollar ayrılacaq. Frenk Palone daha 2 milyon dollar isə minaların təmizlənməsi məqsədilə qondarma "Dağlıq Qarabağ Respublikası"na ayrılacağını bildirib.