KİV: “Rusiyanın Kursk şəhərinin aerodromunda partlayış olub”


Dekabrın 25-nə keçən gecə Rusiyanın Kursk şəhərində “Xalino” aerodromunun yaxınlığında silsilə partlayışlar baş verib.


“Report” xəbər verir ki, bu barədə Rusiyanın yerli teleqram kanalları məlumat yayıb.

Yerli “Tipiçnı Kursk” teleqram kanalı aerodrom ərazisində “partıltılar”ın olduğunu bildirib.

Artıq sosial şəbəkədə müşahidə kameraları tərəfindən çəkilmiş və partlayış səslərinin aydın eşidildiyi video da peyda olub. Görüntülərə əsasən, “partıltılar” səhər saat 3.30 radələrində baş verib.

“Abunəçilər dəmir yolu bölgəsindəki domofonların lentə alındığı yüksək səslərin videolarını göndərirlər. Bildirilir ki, partıltılar bir neçə dəfə olub”, - “Kurski bomond” teleqram kanalı qeyd edib.

Eyni zamanda, videonun altındakı şərhlərdə rusiyalılar tam olaraq nə baş verdiyini bilmirlər. Əksəriyyət hava hücumundan müdafiə sisteminin aerodrom ərazisində işlədiyi versiyaya meyillidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu