“MDB üzvləri arasında fikir ayrılıqları var”- PUTİN


Rusiya prezidenti Vladimir Putin MDB-yə üzv dövlətlər arasında fikir ayrılıqlarının olduğunu etiraf edib.

AFN.az xəbər verir ki, Putin bunu Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-formal sammitindəki çıxışında deyib.

Bununla belə, Rusiya prezidenti MDB üzvlərinin bir-birinə kömək etməklə problemləri həll etməyə çalışdıqlarını vurğulayıb.

“Etiraf etməliyik ki, birliyə üzv olan dövlətlər arasında da fikir ayrılıqları yaranır. Bununla belə, əsas odur ki, biz əməkdaşlığa hazırıq və edəcəyik və hər hansı problemli məsələ ortaya çıxsa belə, onları özümüz həll etməyə, birlikdə, bir-birimizə yoldaş və vasitəçilik yardımı göstərməyə çalışırıq”, – Putin bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu