Putin: "MDB-də ziddiyyətlər var"


“Təəssüf ki, MDB-yə üzv dövlətlər arasında fikir ayrılıqları yaşanır".


AFN.az-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinin açılışında belə deyib. Lakin Rusiya Prezidenti onu da bildirib ki, bəzi ziddiyyətlərə baxmayaraq, MDB üzvləri 2022-ci ildə bir sıra sahələrdə səmərəli əməkdaşlığı inkişaf etdirə biliblər. MDB-nin zirvə toplantısının açılış mərasimində Putindən başqa yalnız Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev çıxış edərək qeyd edib: “Ötən il təşkilata üzv ölkələr üçün kifayət qədər çətin olub”.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu