"Qalatasaray" "Tuluza"nın yarımmüdafiəçisi ilə maraqlanır


Superliqada liderliyə yüksələn "Qalatasaray" ara transferləri ərəfəsində hollandiyalı yarımmüdafiəçi Branko van den Bumen ilə maraqlanır.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, yarımmüdafiəçi hazırda Fransa I liqasının komandalarından "Tuluza"da çıxış edir. Superliqa liderliyini “Fənərbaxça”dan alan “Qalatasaray” bu arada transfer cəhdlərini sürətləndirib.

Tuluza ilə müqaviləsi iyunda başa çatacaq 27 yaşlı yarımmüdafiəçini ara transfer dövründə aşağı qiymətə heyətinə qatmaq istəyən "Qalatasaray"ın yanvarda Bumenlə müqavilə imzalamağa ümid etdiyi bildirilir.

Futbola "Ayax"da başlayan Van den Bumen 2020-ci ilin yayında transfer etdiyi "Tuluza"da 96 oyun keçirib və birbaşa olaraq 54 qola töhfə verib (18 qol, 36 məhsuldar ötürmə).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu