“ABŞ və NATO-nun strateji məqsədi Rusiyanı məhv etməkdir” - Lavrov


“ABŞ və digər NATO üzvləri döyüş meydanında Rusiyanı məhv etməyi hədəfləyiblər”.


Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, bu, onlara Rusiyanın zəifləməsi, hətta məhv edilməsi üçün lazımdır.

“Kollektiv Qərb ölkələrinin və onların nəzarəti altında olan Zelenskinin hərəkətləri Ukrayna böhranının qlobal xarakterini təsdiqləyir. Artıq heç kimə sirr deyil ki, ABŞ və onun NATO müttəfiqlərinin strateji məqsədi ölkəmizi xeyli zəiflətmək, hətta məhv etməkdir. Bunun mexanizmi də Rusiyanı döyüş meydanında məğlub etməkdir. Bu məqsədə çatmaq üçün rəqiblərimiz çox şeyə hazırdırlar, – Lavrov hesab edir.

Onun fikrincə, ABŞ Ukraynadakı münaqişədən iqtisadi və hərbi-strateji baxımdan maksimum fayda əldə etmək istəyir: “Bundan başqa, Birləşmiş Ştatlar hakimiyyəti Ukraynaya kömək etməklə Rusiya ilə Avropa arasında ənənəvi əlaqələrin pozulmasına xidmət edir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu