FHN generalının başına buz parçası düşdü: Xəstəxanaya yerləşdirildi-VİDEO


Moskvada Moskvada Fövqəladə Hallar Nazirliyinin general-leytenantının başına böyük buz parçası düşüb.


AFN.az Rusiya mediasına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mərkəzi aparatının binalarından birinin yaxınlığında baş verib. Qurumun operativ idarəetmə şöbəsinin rəisi Anatoli Elizarov kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinə yaxın mənbələr bu məlumatı təsdiqləyib. Elizarov Təşəbbüs küçəsində yerləşən qeyri-yaşayış binasının damının altından keçərkən ikinci mərtəbənin hündürlüyündən onun üzərinə buz düşüb.

Moskvanın Doroqomilovskaya rayonlararası prokurorluğu araşdırmaya başlayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu