Yevlax rayonunda 10 000 tut tingi əkilib- FOTOLAR


Ölkə ərazisində baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə tut tinglərinin növbəti əkini Yevlax rayonunun meşə fondu ərazisində keçirilib.


AFN.az xəbər verir ki, meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, ETSN və KTN-in əməkdaşlarının iştirakı ilə 3 hektar ərazidə 10 000 tut tingi əkilib.

"Tut tinglərinin əkilməsi respublikamızda baramaçılığın gələcək inkişafına töhfə verməklə yanaşı, yaşıllıq sahələrinin genişləndirilməsinə və ətraf mühitin sağlamlaşdırılmasına şərait yaradacaq".





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu