Con Bolton: “Ərdoğan yenidən seçilsə, Türkiyənin NATO-ya üzvlüyü sual altında qalmalıdır”


“Ukrayna prezidenti Volodimir Zelenskinin dekabrın 21-də Vaşinqtonda Konqresin hər iki palatası qarşısında çıxışı 1945-ci ildən bəri Avropada baş verən ən böyük quru müharibəsinin ABŞ, Böyük Britaniya və NATO ittifaqı üçün nə qədər kritik əhəmiyyət daşıdığını dramatik şəkildə xatırlatdı”.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Donald Trampın prezidentliiyi dövründə milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsində çalışmış Con Boltonun “The Telegraph” qəzetində yazdığı məqalədə yer alıb.

Boltonun sözlərinə görə, Ukraynadakı müharibə artıq dalana dirənib.

“İqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vurdu, lakin Ukrayna iqtisadiyyatı daha da pis vəziyyətdədir, fiziki kapitalının böyük hissəsi sözün əsl mənasında toza çevrilib. Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün heyrətləndirici qərar verdilər, lakin təəssüf ki, Türkiyə də daxil olmaqla Rusiyanın ticari və hərbi tərəfdaşları hələ də ondan imtina etməyiblər. Əgər 2023-cü ildə prezident Ərdoğan yenidən seçilsə, Türkiyənin NATO üzvlüyü sual atında olmalıdır”, - deyə, keçmiş müşavir qeyd edib.

Amerikalı siyasətçi hesab edir ki, əsl problem Qərbin birliyində və qətiyyətindədir. O, Almaniyanın hələ 2014-cü ildə Kardiff zirvəsində büdcəsinin 2%-ni NATO üçün ayıracağı vədini xatırladıb. Buna görə Almaniya 100 milyard avroluq fond yaratmalı və onun 35 milyardını yeni silahların, o cümlədən F-35 qırıcılarının alınmasına (təbii ki, ABŞ-dan-red) xərcləyəcəkdi.

“Ancaq əslində bu baş vermədi. Almaniyanın 2023-cü il üçün müntəzəm müdafiə büdcəsi 2022-ci ilə nisbətən daha az olacaq. 2 faizlik hədəf indi 2025-ci il üçün nəzərdə tutulub”, - deyə Con Bolton şikayətlənib.

Sabiq müşavir bu mənada Yaponiyanı nümunə olaraq göstərib:

“Müqayisə üçün, Yaponiya bu yaxınlarda bəyan etdi ki, NATO-nun 2 faizlik hədəfinə çatmaq üçün növbəti beş il ərzində müdafiə büdcəsini iki dəfədən çox artıracaq və beləliklə, ABŞ və Çindən sonra dünyanın üçüncü ən böyük ordusuna çevriləcək”.

Con Bolton Fransanın da bostanına daş atmağı unutmayıb. Onun sözlərinə görə, Zelenski və Fransa prezidenti Emmanuel Makron diplomatik həllə nail olmaq üçün Rusiyaya nəyin verilməli olduğu üzərində mübahisə edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu