İran məhkəməsi Belçika vətəndaşını ABŞ hökumətinə casusluqda təqsirli bilib


İran məhkəməsi Belçika vətəndaşını ABŞ hökumətinə casusluqda təqsirli bilib.


AFN.az-ın xəbərinə görə, "Tasnim" məlumatlı mənbəyə istinadən xəbər verir ki, Belçika vətəndaşı “düşmən ABŞ hökumətinə casusluq və çirkli pulların yuyulması” kimi cinayətlərdə təqsirli bilinib və məhkəm onun haqqında hökm çıxarıb. Mənbə qeyd edib ki, İran Kəşfiyyat Nazirliyinin qüvvələri ABŞ hökumətinə casusluq etmək və təhlükəsizliklə mübarizə sahəsində fəaliyyət göstərən qruplara pul paylamaq üçün xeyriyyəçi adı altında İrana gələn Belçika vətəndaşını həbs edib.
Araşdırma və bir sıra məhkəmə dinləmələrindən sonra Belçika vətəndaşı ən azı dörd ittiham üzrə cinayət əməlində təqsirli bilinib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu