İran alman deputatları ölkədən qovur


İran iki alman diplomatı persona non-qrata elan edib. Buna səbəb "Berlinin Tehranın daxili işlərinə qarışması"dır.


AzVision.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani məlumat verib.

Bununla bağlı İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında yazılıb: "XİN nümayəndəsi Kənani Almaniya hökumətinin İslam Respublikasının daxili, xüsusən də məhkəmə işlərinə müdaxilə etmək üçün məsuliyyətsiz hərəkətlər sərgiləməsindən sonra iki alman diplomatın arzuolunmaz şəxs kimi ölkədən çıxarılmasını elan edib".

Xatırladaq ki, bir müddət öncə İranda iki Fransa və bir Belçika vətəndaşına qarşı ittiham irəli sürülüb. Onlar casusluqda və İslam Respublikasının milli təhlükəsizliyinə qarşı fəaliyyətdə ittiham olunurlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu