Danimarka məhkəməsi İran səfirini öldürməyə cəhd edən şəxsi təqsirli bilib


Kopenhagen məhkəməsi keçən il İranın Danimarkadakı səfirliyinə bıçaqlı silahla qanunsuz daxil olan və səfir Əfsaneh Nadipuru öldürməyə cəhd edən hücumçunu mühakimə edib.


İş üzrə xüsusi ittihamçı bildirib ki, həmin şəxs psixiatriya palatasında müalicə olunmağa məhkum edilib və onun müalicəsi üçün konkret maksimum müddət müəyyən edilməyib.

O, təqdim etdiyi ittiham aktında təcavüzkarın diplomata qarşı son dərəcə aqressiv, qəddar və təhlükəli xarakterli fiziki hərəkətlərə görə cəzalandırılmasını tələb edib. Kopenhagen məhkəməsi də prokurorun tələbi ilə razılaşıb və ittiham aktına əsasən hücumçunu təqsirli bilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu