İsveç məhkəməsi Qreta Tunberqi polisə tabe olmadığına görə cərimələyib


İsveçin Malmö şəhərinin rayon məhkəməsi tanınmış ətraf mühit fəalı Qreta Tunberqi etiraz aksiyası zamanı polisə tabe olmadığı üçün 1500 SEK (144 dollar) məbləğində cərimələyib.


"Agence France-Presse" xəbər verir ki, İsveç məhkəməsi iqlimlə bağlı kampaniyaçı Qreta Tunberqi keçən ay Malmö şəhərində keçirilən mitinqdə polisin əmrlərinə tabe olmamaqda təqsirli bilib.

Qeyd edildiyi kimi, məhkəmədə Tunberq polisin əmrinə tabe olmadığını etiraf edib. O, iqlim böhranının yaratdığı zərurətə istinad edərək, hərəkətlərində cinayət tərkibinin olmasını inkar edib.

"Qısa bir məhkəmə araşdırmasından sonra məhkəmə buna baxmayaraq, məni təqsirli bilib və 1500 kron (144 ABŞ dolları) məbləğində cərimə ödəməyə məhkum edib" - deyə fəal bildirib.

Məhkəmə qərarına əsasən, Tunberq İsveç Cinayət Qurbanları Fonduna töhfə olaraq daha 1000 kron (təxminən 100 dollar) ödəməlidir.

İyun ayında Tunberq və bir neçə başqa ətraf mühit fəalı Malmö limanında neft tankerlərinin qarşısını almağa çalışıb. Nümayişçilər polisin liman bölgəsini tərk etmə əmrinə tabe olmayıblar. "France Presse" xəbər verir ki, ittiham tərəfinin tələb edə biləcəyi maksimum cəza altı aylıq həbs cəzası idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu