Qreta Tunberq məhkəmədən dərhal sonra yeni aksiya keçirəcək


Eko-aktivist Qreta Thunberq Gələcəyi Geri Alma təşkilatının bir neçə üzvü ilə birlikdə iqlimlə bağlı aksiya üçün Malmö neft limanına gəlib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, şəhər məhkəməsi onu polisə tabe olmamaqda təqsirli bilib və cərimə cəzasına məhkum edib. Məhkəmənin qərarından cəmi bir neçə saat sonra fəal yeni aksiya keçirməyi qərara alıb.

Təşkilatın sözçüsü İrma Kjellström bildirib ki, onların müqaviməti davam etməlidir.

"Biz qalıq yanacaqların limana və limandan daşınmasını əngəlləyəcəyik" - deyə o bildirib.

Malmö Rayon Məhkəməsi Tunberqi nümayiş zamanı qaydaları pozmaqda təqsirli bilib. O, gündəlik cərimələr olaraq 1500 kron (144 dollar), eləcə də neft limanı yaxınlığında iqlimlə bağlı aksiyaya görə 30.000 kron (2.880 dollar) ödəməyə məcbur edilib. Tunberq günahını boynuna almasa da, cəzanı gözlədiyini də bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu