İqlim fəalı Qreta Tunberq Londonda saxlanılıb


İsveçli iqlim fəalı Qreta Tunberq Londonda aparıcı neft şirkətlərinin iştirak etdiyi "Enerji Kəşfiyyat Forumu" toplantılarına etiraz olaraq keçirilən etiraz aksiyasında saxlanılıb.



Britaniya mətbuatında yer alan xəbərlərə görə, Londonda neft şirkətlərinin illik toplantısının keçirildiyi “İntercontinental Hotel”in qarşısında iqlim fəalları etiraz aksiyası keçiriblər.

Tunberq, "Dünya qalıq yanacaqlarda boğulur. Ümidlərimiz, arzularımız və həyatlarımız yalan seli ilə gedir. Qalıq yanacaq sənayeləri illərdir öz biznes modellərinin nəticələrinin fərqindədirlər, lakin heç nə etmirlər" deyə qeyd edib.

Fosil yanacaq sənayesinin illərdir iqlim böhranı üzərindəki təsirlərini inkar edərək diqqəti yayındırdığını və mübarizəni gecikdirdiyini söyləyən Tunberq, "Bu görüşün qarşısını almaq üçün bədənimizi fiziki olaraq önə çəkməkdən başqa çarəmiz yoxdur" ifadələrini işlədib.

Nümayişçilər nazirlər, xarici diplomatlar və neft şirkətlərinin rəhbərləri də daxil olmaqla iştirakçıların otelə daxil olmasına mane olmağa çalışaraq yolu bağlamağa cəhd ediblər.

Fəalların yolu bağlamaq və insanların görüşə gəlməsinə mane olmaq cəhdlərinə müdaxilə edən London Böyükşəhər Polisi, aralarında Tunberqin də olduğu 6 nəfərin saxlanıldığını açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu