İqlim fəalları bu dəfə "Les Misérables" musiqili filmini dayandırıblar


İngiltərənin paytaxtı Londonda dünyanın ən uzun davamlı tamaşalarından biri olan “Les Misérables” səhnədəki iqlim fəallarının etirazı ilə kəsilib.


Paylaşılan videoda "Just Stop Oil" iqlim fəalları qrupunun üzvləri səhnəyə qaçaraq tamaşaçıları “qiyama qoşulmağa” çağırırlar.

Musiqili dayandıran 5 fəal polis tərəfindən xəbərdar edilərək saxlanılıb. Bəzi fəalların səhnəyə zəncirləndiyi bildirilir.

"Just Stop Oil" ictimai tədbirləri dayandıran iqlim fəaliyyəti ilə tanınır. Qrup sonuncu dəfə Uimbldonda keçirilən tennis matçlarında etiraz aksiyaları təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu