Bakıda daha bir ağır qəza: Avtomobil iki yerə bölündü - VİDEO


Bu gün Bakıda daha bir ağır yol qəzası baş verib.


“Qafqazinfo” xəbər verir ki, Böyükşor gölü üzərindən keçən yolda “Mercedes-Benz E-Class” və “Saipa” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələri tamamilə yararsız hala düşüb, “Saipa” bir neçə yerə bölünüb.

Hadisə nəticəsində ölüm qeydə alınmayıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, qəza nəticəsində “Saipa” markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu