Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - VİDEO




Bakı-Şamaxı avtomagistralında baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

AFN BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “Saipa” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, beş nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ölənlər “Saipa”nın sürücüsü və sərnişinləri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu