Minimum aylıq əməkhaqqının məbləği artırıldı - Prezidentdən SƏRƏNCAM


Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Nazirlər Kabineti 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu