Minimum aylıq əməkhaqqı artırıldı- SƏRƏNCAM




Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.



AFN-in məlumatına görə, sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.

Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycanda indiyədək minimum aylıq əməkhaqqının məbləği 130 manat idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu