Putinlə Ərdoğan arasındakı söhbətin təfərrüatları açıqlanıb


Rəsmi Moskva Rusiya prezidenti Putinlə Türkiyə dövlət başçısı Ərdoğan arasındakı söhbətin təfərrüatlarını açıqlayıb.


AFN.az xəbər verir ki, Putinin mətbuat xidməti Rusiya prezidentinin Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı vəziyyəti və enerji məsələlərini müzakirə etdiyini bildirib. "Putin Ərdoğanla telefon danışığında Ukraynanı silahla dolduran Qərbin dağıdıcı rolunu qeyd edib. Ukrayna ətrafında vəziyyət gərginləşir. Rusiya tərəfindən Qərb dövlətlərinin Kiyev rejimini silah və hərbi texnika ilə təchiz edən, əməliyyat məlumatı və hədəf təyinatı ilə təmin edən dağıdıcı rolu vurğulanıb”, - deyə Kremlin saytında bildirilir.

"Eyni zamanda, Ərdoğanın münaqişənin həlli üçün Türkiyənin vasitəçiliyinə hazır olması fonunda, Putin Kiyev hakimiyyətinin məlum və dəfələrlə səsləndirdiyi tələbləri yerinə yetirmək və yeni təklifləri nəzərə almaq şərti ilə Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib” - açıqlamada belə deyilir.

Türkiyə liderinin ofisi liderlər arasında telefon danışığı barədə daha əvvəl məlumat vermişdi. Dövlət başçıları Ukraynadakı vəziyyəti, Suriya böhranını və ikitərəfli münasibətləri müzakirə ediblər. Türkiyə prezidenti həmçinin qaz qovşağının yol xəritəsinin tezliklə tamamlanacağına ümid etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu