Sabiq futbolçu vəfat etdi


Canluka Vialli vəfat edib.


AFN.az-ın məlumatına görə, İtaliya millisinin, “Yuventus”, “Çelsi” və “Sampdoriya”nın sabiq futbolçusu 58 yaşında ölüb.

O, 2017-ci ildən xərçəng xəstəliyi ilə mübarizə aparıb. Ötən ilin dekabrında İtaliya millisində nümayəndə heyətinin rəhbəri vəzifəsindən ayrılan Vialli bütün qüvvəsini sağlamlığına yönəltməyə qərar verib.

Qeyd edək ki, Vialli bu vəzifədə AVRO-2020-nin qalibi olub. O, futbolçu kimi AVRO-1988 və DÇ-1990-nın bürünc mükafatını qazanıb. Karyerası ərzində “Kremoneze”də də çıxış edən veteran “Çelsi” və “Uotford”un baş məşqçisi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu