Əfsanəvi futbolçu vəfat etdi
Uzun müddət xərçəng xəstəliyindən müalicə olunan Sinişa Mixayloviç 53 yaşında vəfat edib.
AFN.az xarici mətbuata istinadən xəbər verir ki, Serbiyalı sabiq futbolçu və A Seriyasının "Bolonya" komandasının keçmiş məşqçisi Sinişa Mixayloviç 53 yaşında vəfat edib.
Cərimə zərbələri ustası kimi futbola damğasını vuran və İtaliya A Seriyasının ən son komandalarından biri olan Bolonyanın baş məşqçisi olan serbiyalı futbolçu Sinişa Mixayloviç ötən ilin martında mətbuat konfransı keçirərək, xəstəliyindən söhbət açmışdı. Müalicəsi üçün fasilə versə də, 2022-ci ilin sentyabrına qədər vəzifəsini davam etdirirdi. Mixayloviçin 5 övladı və 1 nəvəsi olub.
Qeyd edək ki, futbolçu karyerası ərzində "Srvena Zvezda", "Roma", "Sampdoriya", "Latsio" və "İnter" kimi klublarda çıxış edib. Mixayloviç Bolonya, Kataniya, Fiorentina, Sampdoriya, Milan, Torino və Lissabonun "Sportinq"ində məşqçi kimi çalışıb.