22 yaşlı futbolçu vəfat etdi


Argentinanın “Atletiko Tukuman” futbol klubunun kolumbiyalı yarımmüdafiəçisi Andres Balanta 22 yaşında vəfat edib.



AFN.az "lenta.ru"ya istinadla xəbər verir ki, futbolçu məşq zamanı huşunu itirib, həkimlərin yerindəcə müdaxiləsinə baxmayaraq, o, aparıldığı xəstəxanada həyatını itirib.

Onun ölüm səbəbi dəqiq açıqlanmır.

Balanta 4 il Kolumbiyanın “Deportivo Kali” klubunda oynayıb. Futbolçu 2022-ci ilin iyunundan “Atletiko Tukuman”da icarə əsasında çıxış edirdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu