Kanala avtomobillə düşüb ölən şəxsin kimliyi məlum oldu


Dünən Lənkəranda baş vermiş ağır qəzada həyatını itirənlərdən biri müəllim imiş.


AFN.az xəbər verir ki, idarə etdiyi "Niva" markalı avtomobili rayonun Əşlə kəndi ərazisində çaya aşıran İlqar Əbdürrəhman oğlu Bayramov riyaziyyat müəllimi işləyib. Siyablı kənd sakini olan İ.Bayramov həm də Şovu kənd tam orta məktəbin Həmkarlar İttifaqının sədri vəzifəsində çalışırmış.

Qeyd edək ki, hadisədə İ.Bayramovun avtomobilində olan sərnişin Ş.Mirzəyev də aldığı xəsarətlər nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu