İlham Əliyev elan etdi: Azərbaycanda Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı əsas işlər yekunlaşıb!


"Azərbaycanda Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı əsas işlər yekunlaşıb".


Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı sualı cavablandırarkən delə deyib. Ölkə başçısı qeyd edib ki, biz nəqliyyat sahəsində uzun illərdir layihələr icra edirik: "Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırır. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu