Polşa Prezidenti Ukraynada Zelenskidən daha populyardır


Polşa prezidenti Anjey Duda artıq ikinci ildir ki, Ukraynada ən çox ictimai rəğbət qazanan liderdir. İlk üçlüyə ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də daxil olub.


AFN.az-ın məlumatına görə, Yeni Avropa Mərkəzinin sifarişi ilə "İnfo Sapiens" MMC tərəfindən aparılan "Müharibə Dövrünün Diplomatiyası", “Müharibə zamanı Ukraynanın Aİ və NATO-ya üzvlüyü istiqamətində ukraynalılar nə düşünür” mövzusunda sorğuların nəticəsi bunu göstərir.
Ardıcıl ikinci ildir ki, Polşa prezidenti Ukraynada ictimai rəğbətin lideridir - vətəndaşların 87%-i ona güvənir (müqayisə üçün, 2021-ci ildə bu rəqəm 52 faiz idi). İkinci yerdə ABŞ prezidenti Cozef Bayden (79%) və Avropa Komissiyasının sədri Ursula fon der Leyen (73%) qərarlaşıblar”, - tədqiqatın müəllifləri qeyd ediblər.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu