Rusiya neft məhsullarına “qiymət tavanı” mexanizmi fevralın 5-dən qüvvəyə minəcək


Rusiya neft məhsulları üçün “qiymət tavanı” mexanizmi fevralın 5-dən qüvvəyə minəcək.


AFN.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, ABŞ müttəfiqləri ilə Rusiyadan neft məhsullarına qiymət limitinin tətbiqini müzakirə edir. ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli rəsmisi Ben Harris fevralın 5-dən qüvvəyə minəcək qiymət həddinin təfərrüatlarını müzakirə etmək üçün bu həftə Latva, Litviya, Estoniya və Polşaya səfər edəcək.
İki belə tavanın olacağı bildirilir. Biri dizel yanacağı kimi yüksək dəyərli ixrac, digəri isə mazut kimi aşağı dəyərli ixrac üçün. Rusiya neftinin qiymətinin yuxarı həddinin müəyyənləşməsi ilə bərabər, Qərb şirkətlərinə də sanksiyalara baxmayaraq, ticarət etdikləri təqdirdə Rusiya neft məhsullarının maliyyələşdirilməsi, sığortalanması və ya daşınması qadağan ediləcək.

ABŞ və Avropa rəsmiləri arasında danışıqlarda əsas məsələ qiymət həddi olacaq. Amerikalılar Rusiyanın mənfəətini azaltmaq üçün Rusiya neft məhsulları üçün kifayət qədər aşağı qiymət həddi qoymağa çalışırlar, lakin Rusiyanın dizel və digər yanacaq satmasını saxlamaq şansları yoxdur. Qəzet qeyd edir ki, indiyədək neftin qiymət tavanı dünya qiymətlərinə ciddi təsir göstərməyib. Xüsusilə, Qərb yurisdiksiyasından kənarda olan "kölgə donanması" adlandırılan tankerlər buna imkan vermir. Onlar Asiyaya əhəmiyyətli həcmdə Rusiya nefti nəql edirlə.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu