Putin neftin qiymət tavanına əməl etməyə icazə verib, amma şərti var


Vladimir Putin Rusiya şirkətlərinə neftin qiymətinin yuxarı həddinə icazə verib. Lakin onun şərti var.


AFN.az lenta.ru-ya istinadən xəbər verir ki, əgər tədarük dost ölkələrə artıq bağlanmış müqavilələr əsasında həyata keçirilərsə hədd müəyyənləşə bilər. V.Putin müvafiq sərəncamı aprelin 28-də imzalayıb, sənəd hüquqi informasiya portalında dərc olunub.

Sənədlə Putinin 2022-ci ilin dekabrında Rusiya neftinin və neft məhsullarının istənilən alıcıya qiymət tavanı şərtləri ilə tədarükünü qadağan edən fərmanına dəyişiklik edilir. İndi qadağa fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan beynəlxalq müqavilələrə uyğun olaraq bağlanmış müqavilələrlə həyata keçirilən tədarüklərə "dost olmayanlar" siyahısında adı keçməyən dövlətlərə şamil edilmir.

Bu siyahıya Rusiya neftinin əsas alıcıları - Çin və Hindistan daxil deyil. Beləliklə, prezident Rusiya neftinin ixracının böyük əksəriyyətinin qiymət tavanı altında satılmasına icazə verib.


G7 ölkələri Rusiya neftinin tavan qiymətini 2022-ci il dekabrın 5-də bir barel üçün 60 dollar müəyyən edib. Xammalı bu səviyyədən baha satdıqda, G7 dövlətlərinə onun daşınmasını müşayiət edən xidmətlər göstərmək qadağandır. Putinin qiymət tavanına uyğun olaraq tədarükün qadağan edilməsi haqqında fərmanı Qərb ölkələrinin bu qərarına cavab idi. Hələlik bu sənəd iyulun 1-dək qüvvədədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu