Suya qarışdırıb torpağa tökün, MÖCÜZƏVİ NƏTİCƏLƏRİNDƏN HEYRƏTLƏNƏCƏKSİZ!
Hər evdə olan, lakin faydası bilinməyən bir ərzaq növündən danışacağıq. Karbon turşusundan əldə edilən, soda, demək olar ki, hər şeyi müalicə edə bilər. Həm qida, həm də təmizlik vasitəsi olaraq möcüzəvidir.
AFN.az sizə soda ilə edə biləcəklərinizdən, sodanın faydalarından bəhs edəcək.
Beləliklə, soda ilə nə edə bilərsiniz? Təmizləyiciniz bitdi? Sobanızı soda ilə asanlıqla təmizləyə bilərsiniz. Sadəcə su ilə qarışdırıb süngərlə bir yerə gətirmək kifayətdir. Sonra sobanızın nə qədər təmiz olduğuna baxın.
1 çay qaşığı soda ilə 1 çay bardağı suyu qarışdırdıqda başqa bir xüsusiyyət ortaya çıxır. Bu suyu içdikdə mədə yanmasına yaxşı gəlir, ağız qoxusunu da aradan qaldırır.
Amma bitmədi... Bifşteks bişirəcəksiz, amma yumşalması vaxt aparacaq deyə narahatsız? Üzərinə soda töküb bir saat gözlədikdən sonra bişməyə qoyun.
Çörək sodasının başqa bir xüsusiyyəti də pis qoxuları aradan qaldırmasıdır. Bunun üçün çay bardağına qoyduğunuz çörək sodasını bir gecə boyu soyuducunuzun bir küncündə qoymağınız kifayətdir. Səhər saatlarında soyuducunuzdakı pis qoxuların aradan qalxdığını görəcəksiniz.
Su ilə qarışdırılıb torpağa tökülən karbonat çiçəklərinizə can verəcək.
Karbonat da adlandırılan sodanın bir çox başqa faydaları var. Ən əhəmiyyətli faydaları isə pis qoxuları aradan qaldırması, təmizlikdə yardımçınız olması və mədənizdə olan ağrını aradan qaldırmasıdır.