Ərdoğanla Putin telefonla danışıblar


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, danışıq zamanı Rusiya təbii qazının tədarükü və Türkiyədə regional qaz qovşağının yaradılması məsələsi müzakirə edilib. İki lider Rusiya-Ukrayna müharibəsində baş verənlərlə bağlı da fikir mübadiləsi aparıblar. Rusiya-Ukrayna müharibəsindəki gedişat, taxıl dəhlizi və ammonyak ixracı məsələləri ilə bağlı söhbət edilib, Rusiya taxılının Türkiyədə una çevrilməsi və ehtiyacı olan Afrika ölkələrinə göndərilməsi layihəsində konkret addımlar müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün yardım və vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduğunu bir daha vurğulayıb.

Görüş zamanı Türkiyə-Suriya münasibətlərinin normallaşması prosesini də müzakirə edilib. Türkiyənin təşəbbüsü ilə Rusiya və Ukraynanın insan haqları komissarlarının Ankarada keçirdiyi görüşlər nəzərə alınaraq, əsirlərin, xüsusilə də yaralıların mübadiləsi məsələsi müzakirə edilən mövzulardan olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu