Ərdoğan və Putin arasında telefon danışığı olub


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Prezident Ərdoğan İstanbul danışıqlarında əldə edilən sürəti artıraraq bölgədə ən qısa zamanda dayanıqlı sülhün bərqərar olmasını istədiklərini dilə gətirib.

Bundan əlavə, o, kəşfiyyat xidmətləri arasında dialoqun davam etdirilməsinin, Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması və sülhə gedən yolda vasitəçilik üçün təşəbbüs göstərməyə hazır olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu