Putinin gizli silahı üzə çıxdı - FOTOLAR


Rusiya ilə Ukrayna arasında 24 fevral 2022-ci ildə başlayan müharibə davam etdiyi bir vaxtda Rusiya dövlət mediasından diqqətçəkən bir açıqlama gəldi.


AFN.az xəbər verir ki, açıqlamada “Putinin gizli qiyamət silahı” adlı silah və sursatların istehsalına başlanıldığı bildirilir.

Rusiya ilə Ukrayna arasında müharibə davam etdikcə Rusiya prezidenti Vladimir Putinin də “super məxfi silahları” ortaya çıxmağa başlayıb. Rusiya dövlət mediasında yer alan xəbərlərdə Putinin böyük məxfilik şəraitində həyata keçirdiyi silah layihəsinin istehsalına başlanıldığı bildirilib. Qeyd olunub ki, "Poseidon doom torpedası" kimi tanınan silah sistemi 2018-ci ildən hazırlanıb.

Rusiyanın TASS xəbər agentliyinin Rusiya ordusundakı adı açıqlanmayan mənbələrə istinadən verdiyi açıqlamada "Poseydon"un sınaq atışlarının tamamlandığı və bu raketə nüvə başlığının taxıldığı qeyd edilib. Rusiya Müdafiə Nazirliyi bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Rusiya lideri Putinin 6 “super silahı” olduğu bildirilən məlumatlarda “Poseydon" adlı silahın istehsal edildiyi və tezliklə “Belqorod” adlı nüvə enerjili sualtı qayıqda istifadə olunacağı qeyd edilib.

Putinin digər “gizli super silahları” “Avanqard” hipersəs vasitəsi, “Sarmat” qitələrarası ballistik raketi, “Burevestnik” qanadlı raketi, “Kinjal” ballistik raketi və “Zirkon” hipersəs raketi kimi tanınır.

Qeyd olunub ki, Rusiyanın hazırladığı "Poseydon" adlı raket nüvə və adi döyüş başlıqlarına uyğundur və saatda 200 kilometr sürətə çata bilir.

"Poseydon"un qiyamət silahı olduğu qeyd edilərn açıqlamada bu raketin istifadəsindən sonra radioaktiv sunaminin də baş verə biləcəyi qeyd olunub.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu