Ağ Evin sözçüsü: “Belarusun Ukraynaya soxulmaq niyyəti yoxdur”


ABŞ Belarus ordusunun Ukraynaya təcavüz etmək niyyətinin təsdiqini hələ görmür.


AFN.az xəbər verir ki, Ağ Evin Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi belə açıqlama ilə çıxış edib. “Sizə deyim ki, biz hələlik Belarusun Ukraynadakı Rusiya qüvvələrinə kömək etmək üçün Ukrayna ərazisinə daxil olmaq, fiziki olaraq soxulmaq niyyəti, planlaşdırması və ya təşkil etdiyinə dair heç bir əlamət görməmişik”-Kirbi belə deyib.
Eyni zamanda Kirbi Ağ Evin sözçüsü Belarusun Rusiya işğalçılarına yardım etməsi fikri ilə razılaşıb.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu